Maykl Olise “Bayern”də ilin futbolçusu seçildi

“Bayern Münhen”in media xidmətinin yaydığı məlumata görə, Maykl Olise azarkeşlər arasında keçirilən səsvermədə 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.
90plus.az xəbər verir ki, 23 yaşlı fransalı vinger səsvermədə iştirak edənlərin demək olar ki, yarısının — 44,8 faizinin səsini toplayaraq birinci yeri tutub. Onun ardınca Tomas Müller (18,7%) və komandanın ən çox qol vuran oyunçusu Harri Keyn (9,4%) qərarlaşıb.
Olise 2024-cü ilin yayında “Kristal Pelas”dan “Bayern”ə transfer olunub və debüt mövsümündə təsirli çıxış göstərərək 55 oyunda 20 qol vurub, 23 məhsuldar ötürmə edib.
“Bayern Münhen” yeni mövsümə 16 avqustda “Ştutqart”a qarşı keçiriləcək Almaniya Superkuboku oyunu ilə start verəcək.
© Copyright 2025, All Rights Reserved