Maykl Ouen: “Yunayted” 10 il ərzində Premyer Liqanı qazanacaq”

Maykl Ouen “Mançester Yunayted”in növbəti 10 il ərzində Premyer Liqanı qazana biləcəyini iddia edib.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq hücumçusu Rio Ferdinandın podkastında bildirib:
“Götürün hər hansı orta səviyyəli futbolçunu və onu indiki “Liverpul” heyətinə yerləşdirin. Görün nələr baş verəcək. Onu cəmi 1 milyon funt sterlinqə ala bilərsiniz və sonra 30 milyona sata bilərsiniz. Demirəm ki, o, dünya səviyyəli futbolçuya çevriləcək, amma bir-iki il ərzində 30 milyona satmaq mümkündür.
Bu, mühitlə bağlıdır. Düşünmək asandır ki, guya “Yunayted” daim pis oyunçular alır. Amma həqiqətənmi belədir? Bəli, çox olub, amma hamısı pis deyildi.
Onlar Di Mariyanı və başqalarını milyonlarla alanda – onların hamısı pis deyildi. Hətta halların yarısında həmin futbolçular klubdan ayrıldıqdan sonra yenidən çox yaxşı oynamağa başlayır".
© Copyright 2025, All Rights Reserved