Mbappe dostu üçün tribunada, amma Hakimi oynamadı
Kilian Mbappe Mərakeşin Afrika Millətlər Kubokunda Mali ilə qrup mərhələsi oyununu tribunadan izlədi!
90plus.az xəbər verir ki, “Real Madrid”in hücumçusu Mərakeş milli komandasının formasını geyinib və üzərində 2 nömrə var — bu, onun keçmiş PSJ komanda yoldaşı, dostu Əşrəf Hakiminin nömrəsidir.
Hakimi isə ayaq biləyindəki zədədən sağalmadığı üçün oyunda ehtiyatda qaldı, madridli həmkarı Brahim Diaz isə meydanda olub və Mərakeşin yeganə qoluna imza atıb:
Mərakeş 1-1 Mali
B. Diaz 45+5 (p)
Sinayoko 64’ (p)
Mərakeşin ardıcıl 19 qələbəlik dünya rekordu bitdi, lakin Atlas Şirlərinin son 22 oyunda məğlubiyyətsiz statistikası davam edir.
Mərakeş 4 xalla qrup lideridir, 1/8 final mərhələsinə yaxınlaşır, Mali isə 2 xalla 2-cidir
© Copyright 2026, All Rights Reserved