Mbappe hakimi təhqir edib! Qulaqlardan uzaq…
Kilian Mbappe hakimə “çirkli məxluq” dediyi üçün La Liqada uzunmüddətli cəza ala bilər.
90plus.az xəbər verir ki, bazar günü “Real Madrid”in “Elçe” ilə 2:2 hesablı heç-heçə etdiyi oyundan sonra gərginlik pik həddə çatıb.
DAZN-ın xəbərinə görə, Kilian Mbappe qarşılaşmadan sonra əlavə vaxtın az verilməsinə etiraz edərkən hakimin ünvanına üç dəfə “çirkli məxluq” sözlərini söyləyib. Hakim bunu eşidibsə, o zaman Mbappeni rəsmi şəxsi sözlü şəkildə təhqir etdiyinə görə uzunmüddətli cəza gözləyir.
Hakimin matç protokolunda Mbappenin qərara sərt etiraz etdiyi qeyd olunub, lakin təhqirdən bəhs edilməyib:
“90-cı dəqiqədə oyunçu Kilian Mbappe tərəfimdən verilmiş qərara oyunun bitməsindən sonra meydanda ikən açıq şəkildə etiraz etdiyinə görə xəbərdarlıq aldı”, – hakim Fransisko Xose Ernandes Maeso raportda yazıb.
Mbappe ümid edir ki, məsələ daha dərindən araşdırılmayacaq, çünki onun cəzalanması halında “Real Madrid” La Liqada qol yollarında ən vacib oyunçusunu itirmiş olacaq.
© Copyright 2025, All Rights Reserved