Mbappe: “Mənim üçün limit yoxdur”

”Real Madrid”in superulduzu Kilian Mbappe "Mançester Siti" üzərində vacib qələbənin əsas memarı, het-trik müəllifi kimi fikirlərini söyləyib.
90plus.az xəbər verir ki, Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu seçilən fransalı uldu bunları söyləyib:
”Bu, komanda üçün mükəmməl bir gecə idi və biz 1/8 finala çıxmaq üçün qələbə qazanmaq istəyirdik. Mançester Siti ilə oynayanda həmişə çətin olur. Evdə güclüyük, komanda kimi ən yaxşı şəkildə oynadıq və bütün Madrid azarkeşlərinə sevinc bəxş etdik".
Qalib mentaliteti? "Dediyim kimi, bura pis oynamaq üçün gəlməmişəm. Yaxşı oynamaq, təsir yaratmaq və “Real Madrid” tarixinə adımı yazdırmaq istəyirəm. Adaptasiya müddəti artıq başa çatıb, indi isə şəxsiyyətimi göstərmək vaxtıdır. Mənim üçün limit yoxdur, amma ən vacib şey titullar qazanmaqdır. Karyeramda çoxlu qollar vurmuşam, amma o qədər də çox titul qazanmamışam. Çoxlu qol vurmağa və çoxlu titul qazanmağa sadiqəm".
1/8 finaldakı rəqib? “Atletiko” və “Bayer Leverkuzen” çox güclü və çətin komandadır. Mənim üçün Atletiko ilə oynamaq daha yaxşı olar, çünki bu zaman səfərə çıxmalı olmayacağıq. Hər ikisi çətin olacaq, amma Atletiko ilə səfər etmədən oynasaq, uzun yolçuluqdan qaça bilərik.”
”Bernabéu”dakı sehrli ÇL gecəsi? "Bu, dünyanın ən yaxşı komandalarından birinə qarşı möhtəşəm bir gecə idi. Əhəmiyyətli bir oyun idi və 3 qol vurmaq onu daha da unudulmaz etdi. Biz məhz bu cür oyunlar oynamaq istəyirik və mən uşaq vaxtlarımdan bəri bu anı ARZULAYIRDIM. İnsanlar mənə bu gecələr haqqında danışırdılar və indi bunu öz gözlərimlə görürəm. Ümid edirəm ki, belə anları daha çox yaşaya bilərəm.
50 qola gedən yol? "Siz 50 qol istəyirsiniz? (gülür) Mənim üçün limit yoxdur və özümə tam inanıram. Əgər 50 qol vursam, əla olar, daha çox vursam, daha da yaxşı olar.
Ballon d'Or? "Mənim üçün “Real Madrid”də oynamaq Ballon d'Or qazanmaqdan daha vacibdir.”
Zidanın qoluma gülməsi? "O, mənim üçün bir idealdı, xüsusən də fransız və Real Madrid-in keçmiş oyunçusu olduğu üçün. O, çox şeyi təmsil edir və əgər mənim oyunumdan zövq alırsa, bu, məni dünyanın ən xoşbəxt adamı edir.”
Ən yaxşı bombardir olmaq? "Əlbəttə ki, Vini və Rodriqoya minnətdaram. Amma mən bura titul qazanmağa gəlmişəm. Çox dəfə bombardir olmuşam. Mənim üçün əsas olan bombardir olmaq yox, titullar qazanmaqdır.”
”Real Madrid”dəki ən yaxşı gecəm? "Əlbəttə ki, əla bir gecədir, amma həmişə dediyim kimi, ümid edirəm ki, növbəti daha yaxşı olacaq. Bazar günü “Jirona” ilə oyunda daha yaxşı oynayacağımı ümid edirəm.”
”Real Madrid” oynadığım ən güclü komanda? (gülür) "Bütün komandalara hörmət etmək lazımdır. Monako da əla komanda idi, PSJ də güclü idi, amma bu, dünyanın ən yaxşı klubudur.”
Üç qol vurduqda, bu, sizin üçün möhtəşəm bir gecə olur, amma mən daha çox komanda haqqında danışmaq istəyirəm, çünki biz məhz belə oyunlar oynamaq istəyirik və ümid edirəm ki, bu cür davam edəcəyik.”
”Bernabéu azarkeşlərinin sənin adını səsləndirməsi: ”Bu bir xəyaldır. Xəyal. Mən Madridistalardan hələ imza atmamışdan əvvəl sevgi görmüşəm, illərdir ki, harada olmuşamsa, Madridistalar mənə çox sevgi göstəriblər. İndi isə onların oyunçusu olduğum üçün bu sevgi daha da artıb.”
“Bernabéu”dakı növbəti Çempionlar Liqası gecəsi daha da möhtəşəm olacaq, şübhəsiz.”