Mbappe nə etdin? Bu qiymətə ev olar? - FOTOLAR
“Real Madrid”in fransalı ulduzu Kilian Mbappenin dəbdəbəli evi gündəm oldu.
90plus.az xəbər verir ki, “Real Madrid”in fransalı futbolçusu Kilian Mbappe bu dəfə vurduğu qollarla deyil, İspaniyadakı dəbdəbəli evi ilə gündəmə gəlib. Madridin məşhur “Santyaqo Bernabeu” stadionundan cəmi 15 kilometr məsafədə yerləşən La Finka yaşayış zonasındakı lüks mülk futbol ictimaiyyətində böyük maraq doğurub.
Məlumata görə, Mbappenin sahibi olduğu evin dəyəri təxminən 11 milyon avro təşkil edir. 1200 kvadratmetr tikinti sahəsinə malik olan bu mülk daha əvvəl uelsli futbolçu Qaret Beylə məxsus olub.
Evdə 7 yataq otağı və 11 hamam mövcuddur. Bundan başqa, açıq terrası olan bir neçə istirahət zonası, şəxsi kino otağı, cakuzili və qapalı, isitmə sistemli hovuz diqqət çəkir. Evdə ayrıca giriş zalının olması da komfortu daha da artırır.
Dəbdəbəli mülkdə həmçinin tam təchiz olunmuş idman zalı, sauna və şəxsi qolf meydançası yer alır. Avtomobillər üçün nəzərdə tutulmuş dayanacaq 7 maşın tutumuna malikdir. Evin ətrafı isə geniş və baxımlı bağla əhatə olunub.
Memarlıq baxımından ev müasir və minimalist üslubda inşa edilib. Avangard dizayn xətləri, iri pəncərələr və geniş daxili məkan lüks anlayışını ön plana çıxarır. Eyni zamanda mülk maksimum təhlükəsizlik və ciddi nəzarət sistemi ilə qorunur.
© Copyright 2026, All Rights Reserved