Mbappe qolunu Ronaldoya həsr edib: “Qol sevinci onun üçün idi”
Mbappe Ronaldunun rekordunu təkrarladıqdan sonra danışdı: “Bu, mənim üçün inanılmazdır”.
90plus.az xəbər verir ki, Kilian Mbappe “Real Madrid”in heyətində tarixi göstəriciyə imza atıb. Fransalı ulduz La Liqada “Sevilya”ya qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan oyunda bir təqvim ili ərzində vurulan 59 qol göstəricisinə çataraq klub tarixində Kriştiano Ronalduya məxsus rekordu təkrarlayıb.
Matçdan sonra Mbappe bu uğuru ilə bağlı duyğularını bölüşüb və Ronalduya olan hörmətini xüsusi vurğulayıb:
“Bu, inanılmazdır. ‘Real Madrid’də ilk ilimdə bunu bacarmaq — özü də mənim kumirim, ‘Real Madrid’ tarixinin ən böyük futbolçusu olan Kriştiano kimi — mənim üçün çox böyük qürurdur.”
Fransalı hücumçu vurduğu qolu Ronaldoya ithaf etdiyini də bildirib:
“Qol sevinci onun üçün idi. Ona təşəkkür etmək istədim, çünki o, mənə həmişə yaxşı münasibət göstərib, Madridə uyğunlaşmağımda kömək edib. İndi isə ‘Real Madrid’in oyunlar qazanmasına töhfə vermək çox gözəldir.”
Mbappenin sözlərinə görə, Ronaldo ilə münasibətləri təkcə futbol yox, şəxsi baxımdan da xüsusi əhəmiyyət daşıyır və bu dəstək onun Madrid karyerasında mühüm rol oynayıb.
Qeyd: Kilian Mbappe “Real Madrid” forması ilə bir təqvim ili ərzində vurulan 59 qol göstəricisi ilə klub tarixində yalnız Kriştiano Ronaldonun (2013) nail olduğu göstəricini təkrarlayan futbolçu olub.
© Copyright 2026, All Rights Reserved