Mbappe Ronaldo və Di Stefanonu qabaqladı
“Real Madrid”in ulduz hücumçusu Kilian Mbappe 27 yaşına çatmadan rəsmi 395 qol həddini keçərək, 21-ci əsrdə bu rekorda ən sürətli çatan futbolçu kimi tarixə düşüb.
90plus.az xəbər verir ki, fransız superulduzun “Real Madrid”ə keçidi çoxmilyonlu transferlərlə reallaşsa da, o, klubun iddialı layihəsinin əsas siması kimi özünü sübut edir. Çempionlar Liqasında parlaq karyerasına baxmayaraq, başlanğıcda adaptasiya mərhələsində çətinliklər yaşasa da, Mbappe 2024-25 mövsümünün Avropa Qızıl Butsunu qazandıqdan sonra mövsümü əla keçirir.
Son oyunlarda “Xetafe”yə qarşı vurduğu iki qol sayəsində klubun əfsanələri sırasına daxil olan Mbappe “Real Madrid”in La Liqadakı ilk 9 oyununda 10 qol vurub. Bu göstərici son 70 ildə yalnız Alfredo Di Stefano, Amansio Amaro və Kristiano Ronaldoya məxsusdur.
© Copyright 2026, All Rights Reserved