Mbappe “sentyabrın oyunçusu” oldu!

Kilian Mbappe sentyabr ayında La Liqanın ən yaxşı futbolçusu seçildi.
90plus.az xəbər verir ki, "Real Madrid”in ulduzu Kilian Mbappe La Liqada sentyabr ayının ən yaxşı futbolçusu seçilib. 26 yaşlı fransalı hücumçu bu müddətdə yüksək səviyyəli çıxışı ilə həm rəqiblərini, həm də azarkeşləri heyran edib.
Mbappe 2025-ci ilin sentyabrında La Liqada 4 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu performansı “Real Madrid”in məğlubiyyətsiz seriyasını davam etdirməsində əsas rol oynayıb. Madrid klubu 21 xalla turnir cədvəlinin zirvəsində yer alır.
Ulduz futbolçu yalnız La Liqada deyil, digər turnirlərdə də fərqlənib. Mbappe sentyabrda ümumilikdə 7 əlavə qola imza atıb, o cümlədən Çempionlar Liqasında “Kayrat Almatı”ya qarşı het-trik edərək komandasına qələbə qazandırıb. Bu çıxışı ona həm UEFA-nın “Matçın adamı”, həm də “Həftənin futbolçusu” mükafatlarını gətirib.
Mbappenin yüksək forması “Real Madrid” azarkeşləri tərəfindən də qiymətləndirilib — o, ardıcıl ikinci dəfə “Mahou” ayın futbolçusu seçilib. Bu mükafat onun komandanın uğurlarında nə qədər böyük pay sahibi olduğunu bir daha göstərir.
🥇 Kilian Mbappe — La Liqada sentyabr ayının ən yaxşı futbolçusu
➖ 4 oyun
⚽️ 5 qol
🅰️ 1 assist
© Copyright 2025, All Rights Reserved