Mbappedən ŞOK açıqlama: "Birbaşa DÇ-a gedə bilərəm"
İspaniyanın nəhəng klubu "Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasındakı rəqibləri "Bayern Münhen" barədə açıqlamalar verib.
90plus.az xəbər verir ki, Fransa millisinin üzvü “Telefoot”a müsahibəsində həm klubdakı rolu, həm də Dünya Çempionatı öncəsi performansı ilə bağlı fikirlərini bölüşüb.
Mbappe bildirib ki, mundiala ən yaxşı hazırlıq yolu klub səviyyəsində maksimum uğur qazanmaqdır:
“Dünya Çempionatına hazırlaşmağın ən yaxşı yolu "Real Madrid" ilə hər şeyi qazanmaqdır. İspaniyada bəzi narahatlıqlar var ki, bəlkə oynamayacağam və birbaşa turnirə gedəcəyəm. Amma mən meydanda olmaq istəyirəm.”
Fransız hücumçu "Real Madrid"də çıxış etməyin çətinliklərindən də danışıb:
“Madrid İspaniyada sanki bir din kimidir. Azarkeşlər çox ehtiraslıdır. Klubda baş verən hər şey geniş müzakirə olunur, bəzən haqlı, bəzən isə haqsız şəkildə.”
Mbappe ünvanına səslənən tənqidlərə də münasibət bildirib:
“Burada hər kəs tənqid olunub. Ronaldo, Di Stefano... Mən niyə istisna olum? Vacib olan sakit qalmaq və performansı artırmaqdır.”
UEFA Çempionlar Liqasındakı rəqibləri haqqında danışan ulduz futbolçu "Bayerb Münhen"in hazırda Avropanın ən formda komandalarından biri olduğunu qeyd edib:
“Çox güclü komandaya qarşı oynayacağıq. Amma belə bir rəqibi məğlub edə biləcək komanda varsa, o da bizik. Qarşıdakı oyunlar həm Çempionlar Liqası, həm də La Liqa baxımından çox önəmlidir.”
© Copyright 2026, All Rights Reserved