Mbappe TOP-5-də bombardirdir

Kilian Mbappe ötən mövsümün əvvəlindən bəri Avropanın ən yaxşı beş liqasında ən çox qol vuran futbolçudur.
90plus.az xəbər verir ki, “Real Madrid”in hücumçusu La Liqanın ikinci turunda “Oviedo” ilə oyunda (3-0) hesabı açıb.
Onun son qolu ilə birlikdə Mbappe 2024/25 mövsümünün əvvəlindən indiyədək bütün turnirlərdə “Real Madrid” üçün 46 qol vurub.
Bu göstərici Avropanın ən yaxşı beş liqasında ən yüksək nəticədir.
“Bayern Münhen”in hücumçusu Harri Keyn 45 qolla ikinci, “Barselona”nın hücumçusu Robert Levandovski isə 42 qolla üçüncü yerdədir:
1. Mbappe - 47 qol
2. Harri Keyn - 45 qol
3. Robert Levandovski 43 qol.
© Copyright 2025, All Rights Reserved