Mbappe zədəlidir, məşqə çıxmadı
Mbappe məşqə çıxmadı – zədə səbəbi açıqlandı.
90plus.az xəbər verir ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe bu gün komandanın məşqində iştirak etməyib. Buna səbəb futbolçunun son oyunda aldığı zədə olub.
Fransalı ulduz “Jirona” ilə qarşılaşmada (1:1) sağ qaşının üst nahiyəsindən zədə alıb və həmin hissəyə tikiş qoyulub. Bu səbəbdən Mbappeyə qısa müddətlik istirahət verildiyi bildirilir.
Buna baxmayaraq, klub daxilində narahatlıq yoxdur. Həkimlərin ilkin rəyinə əsasən, futbolçunun vəziyyəti ciddi deyil və onun tezliklə məşqlərə qayıdacağı gözlənilir.
Mbappenin “Bayern Münhen”ə qarşı Çempionlar Liqasının cavab oyununda tam hazır vəziyyətdə meydana çıxacağı planlaşdırılır.
© Copyright 2026, All Rights Reserved