Mbappe şikayətləndi: "Nə olsun çox qazanırıq..."

Kilian Mbappe hesab edir ki, sıx oyun qrafiki futbolçular üçün ciddi çətinliklər yarada bilər.
90plus.az xəbər verir ki, Madrid "Real"ının və Fransa millisinin hücumçusu bu barədə belə danışıb:
“Biz öz mövqeyimizi ortaya qoyuruq, amma qarşılığında belə cavab alırıq: ‘Çox pul qazanırsınız, deməli oynamağa borclusunuz’. Bu temp belə davam etsə, illərlə danışacağıq, amma nəticə dəyişməyəcək.
Söhbət təkcə oyunlardan getmir, bərpa prosesi də ciddi əhəmiyyət daşıyır. Məsələn, iyulun ortasında biz hələ Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində idik, amma digər komandalar artıq mövsümə hazırlıq oyunlarına başlamışdılar. Ola bilər bir az qəribə səslənsin, amma düşündüm ki, burada nə isə yolunda deyil.
Mən istəməzdim ki, elə bir vəziyyət yaranıb futbolçular desin: ‘Bu noyabr oyunu mənasızdır, oynamaqdan imtina edirəm’. Biz futbolu sevirik. O, bizim işimiz olsa da, həvəsimizi itirməməyə çalışırıq”.
© Copyright 2025, All Rights Reserved