Mbappenin dublu və “Real”dan geridönüş

"Real Madrid" Mbappenin penaltidən vurduğu iki qolla "Marsel" qarşısında geridönüş edərək 3 xalın sahibi oldu.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində Kilian Mbappe iki penalti qolu vuraraq 10 nəfərlə qalan “Real Madrid”ə Çempionlar Liqasının açılış oyununda “Marsel” üzərində qələbə qazandırıb.
“Los Blankos” matçın əvvəlində itki ilə üzləşdi – Trent Aleksander-Arnold cəmi 3-cü dəqiqədə zədələnərək meydanı tərk etdi. Daha bir zərbə isə sonradan gəldi: onun əvəzləyicisi Dani Karvaxal qarşılaşmanın bitməsinə 18 dəqiqə qalmış qapıçı Xerónimo Rulli ilə mübahisə zamanı başını rəqibin üzərinə apararaq qırmızı vərəqə aldı.
Buna baxmayaraq, 15 dəfə Avropa çempionu olmuş madridlilər Mbappenin penaltiləri sayəsində qalib gəldilər. Fransalı ulduz hər iki zərbəni də dəqiq yerinə yetirərək bu mövsüm 5 oyunda qol sayını 6-ya çatdırdı.
Oyunda hesabı “Marsel” açmışdı. 22-ci dəqiqədə Mason Qrinvud Arda Gülərdən topu qapdı və Timoti Ueha güclü zərbə ilə Tibo Kurtuanı məyus etdi. Amma üstünlük cəmi 6 dəqiqə davam etdi – Rodriqo cərimə meydançasında Kondoqbianın kobud müdaxiləsinə məruz qaldı, Mbappe isə penaltini qola çevirdi.
Pyer-Emerik Obameyanq fransızlara yenidən üstünlüyü qazandıra bilərdi, amma əvvəlcə zərbəsini hədəfdən kənara vurdu, daha sonra isə Kurtua digər zərbəsini dəf etdi.
Karvaxalın qırmızı vərəqəsindən sonra belə “Real” hücumlarını davam etdirdi və buna görə mükafatını aldı. Vinisius Junioru dayandırmaq üçün güclü müdaxilə edən Facundo Medina topa əli dəydi və hakim ikinci dəfə penalti nöqtəsini göstərdi. Mbappe yenə soyuqqanlı davrandı və Rulli istiqaməti düzgün seçsə də, zərbənin gücünə tab gətirmədi.
Real Madrid 2-1 Marsel
Veah 22'
Mbappe 29' 86'
Qollar və epizodlar:
https://t.me/doxsanplus/107745
https://t.me/doxsanplus/107747
https://t.me/doxsanplus/107757
https://t.me/doxsanplus/107760
“Real Madrid” ötən mövsüm Çempionlar Liqasında dörddəbir finalda “Arsenal”a uduzaraq titulunu qoruya bilməmişdi. Xabi Alonsonun baş məşqçi kimi ilk mövsümündə komanda ötənilki liqa mərhələsində 11-ci yeri tutmuş, pley-offla 1/8 finala yüksəlmişdi.
La Liqanın lideri olan “Real” 30 sentyabrda Çempionlar Liqasının növbəti turunda səfərdə Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq. Həmin gün “Marsel” isə evdə “Ayaks”ı qəbul edəcək.