Mbappenin maaşı Vinisiusa mane oldu

90plus.az xəbər verir ki, "Real Madrid" Vinisius Juniorla yeni müqavilə danışıqlarında maliyyə çətinliyi ilə üzləşib.
"Los Blankos" braziliyalı ulduzun agentləri ilə 2027-ci ilin yayında bitəcək müqaviləni uzatmaq üçün danışıqları davam etdirir. Lakin klub Vinisiusun nümayəndələrinə aydın şəkildə bildirib ki, ona Kilian Mbappedən yüksək maaş verilməyəcək.
Vinisiusun ildə təxminən 20 milyon avro maaş tələb etdiyi bildirilir. Halbuki "Real Madrid" Mbappeyə illik 15 milyon avro ödəyir və klub bu həddi keçmək istəmir.
Bundan əlavə, Vinisiusun agenti Frederik Pena müştəriləri üçün uzunmüddətli müqavilələrdə maraqlı deyil. O, əsasən qısa və ya orta müddətli müqavilələri üstün tutur ki, bu da danışıqların ləngiməsinə səbəb olur.
"Real Madrid" hələlik tərəflər arasında balans yaratmağa çalışsa da, maliyyə və müqavilə müddəti məsələləri danışıqları çətinləşdirir.
© Copyright 2025, All Rights Reserved