Mbappenin sevgisi maqazinləri bəzədi - FOTOLAR
90plus.az xəbər verir ki, “Real Madrid”in fransalı ulduzu Kilian Mbappe ilə ispaniyalı aktrisa Ester Ekspozito arasında sevgi münasibəti yaşandığı iddia olunur. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə böyük marağa səbəb olub.
Uzun müddətdir maqazin mediasının diqqətində olan cütlük bu dəfə Madrid şəhərində birlikdə görüntülənib. Məlumata görə, paytaxtın məşhur məkanlarından birində səmimi şəkildə görüntülənən Mbappe və Ekspozito pərəstişkarların kameralarına tuş gəlib.
Şahidlərin çəkdiyi görüntülərdə cütlüyün olduqca rahat və xoş əhvalda olduğu diqqət çəkib. İspaniya mediası yayılan fotoları hətta “ilin sevgi sübutu” kimi dəyərləndirib.
İddialara görə, münasibətin ilk işarələri aylar əvvəl ortaya çıxmışdı. Belə ki, Mbappenin aktrisanın sosial şəbəkə paylaşımlarını bəyənməsi izləyicilər arasında onların münasibətdə ola biləcəyi barədə müzakirələrə səbəb olmuşdu.
Ester Ekspozito son illərdə İspaniya kino sənayesinin ən məşhur simalarından biri hesab olunur. O, xüsusilə Élite serialında canlandırdığı Karla Roson obrazı ilə böyük populyarlıq qazanıb.
Aktrisa aktyorluq karyerası ilə yanaşı moda dünyasında da tanınır. O, Bulgari və Dolce & Gabbana kimi məşhur brendlərlə əməkdaşlıq edir. Ekspozito həmçinin Kann Film Festivalı və Venesiya Film Festivalı kimi nüfuzlu tədbirlərin qırmızı xalçasında çıxışları ilə də diqqət çəkir.
© Copyright 2026, All Rights Reserved