MDB Oyunları: Millimiz 4-cü oldu

Azərbaycanın U-17 oğlanlardan ibarət voleybol millisi III MDB Oyunlarında 4-cü yeri tutub.
90plus.az xəbər verir ki, dairəvi sistemlə keçirilən turnirdə komandamız son görüşündə Belarus yığmasına 1:3 hesabı ilə məğlub olub.
Yekunda Azərbaycan millisi 3 xalla turniri dördüncü pillədə başa vurub.
Yarışın qalibi bütün oyunlarda qalib gələn Rusiya komandası (12 xal) olub. Belarus yığması 9 xalla ikinci, Özbəkistan isə 6 xalla üçüncü yeri tutub.
© Copyright 2025, All Rights Reserved