Mədinə Sadıqova: Avropa çempionu olan ilk azərbaycanlı xanım
Almaniyanın Frankfurt şəhərində təşkil olunan böyüklər arasında karate üzrə Avropa çempionatı Azərbaycan idmanı üçün tarixi nəticə ilə yadda qalıb. Yığmanın üzvü Mədinə Sadıqova 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
90plus.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının yaydığı məlumata əsasən, təmsilçimiz turnir boyu inamlı çıxışı ilə seçilib və final qarşılaşmasında da üstün performans nümayiş etdirərək Avropa çempionu titulunu qazanıb.
Bu nəticə ilə Mədinə Sadıqova Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu adına yiyələnən ilk qadın karateçi olub. Tarixi uğur Azərbaycan karate məktəbi üçün mühüm nailiyyət kimi qiymətləndirilir.
Qeyd: Mədinənin şəxsi məşqçisi Seymur Xudaverdiyevdir.
© Copyright 2026, All Rights Reserved