Medina Çempionlar Liqasında 3-cüdür
"Qarabağ"ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox top qazanan futbolçulardan biridir.
90plus.az xəbər verir ki, 32 yaşlı oyunçu bu göstəriciyə görə üçüncü pillədə qərarlaşıb.
Kolumbiyalı futbolçu Liqa mərhələsindəki 8 matçda 62 dəfə buna nail olub. Medina "Slaviya"dan David Zima (62) ilə birlikdə üçüncüdür.
İlk sırada "Atletik"dən Aytor Parades (77) yer alıb. "Atalanta"dan Odilon Kossunu (66) ikinci sıradadır.
© Copyright 2026, All Rights Reserved