Medina ərəb klubuna keçir

Xesus Medina yeni komandaya keçib.
90plus.az xəbər verir ki, Moskva "Spartak" klubunda çıxış edən yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Damak" komandasına transfer olunaraq yeni müqavilə imzalayıb.
Paraqvaylı futbolçu, 28 yaşlı Medina, 2023-cü ilin yay aylarından "Spartak"ın heyətində yer alırdı. Bu dövrdə o, 58 qarşılaşmada iştirak edib, 8 dəfə rəqib qapısına yol tapıb və 7 qolun ötürməsini reallaşdırıb.
© Copyright 2025, All Rights Reserved