Messi: “Bir daha Kopa Amerikada olmayacam”

Argentina millisinin 36 yaşlı hücumçusu Lionel Messi indiki Amerika Kubokunun onun üçün sonuncu olacağını deyib.
90plus.az xəbər verir ki, forvard onun üçün sayca 7-ci Amerika Kubokunun sonuncu olduğunu təsdiqləyib: “Bu, iştirak etdiyim sonuncu Amerika Kubokudur. Bəli. 2026-cı il dünya çempionatında iştirakdan danışırıqsa, bu, işlərin necə getməsindən asılıdır. Hazırda məndə hər şey qaydasındadır”.
Növbəti Amerika Kubokunun 2028-ci ildə keçiriləcək.
Qeyd: Bu gün 2024-cü il Amerika Kubokunun açılış oyununda Argentina Kanadaya 2:0 hesabı ilə qalib gəlib.
© Copyright 2025, All Rights Reserved