Messi bu dəfə başqa formada adını tarixə yazdırdı
ABŞ-ın MLS təmsilçisi "İnter Mayami"də Lionel Messi üçün tarixi addım atılıb.
90plus.az xəbər verir ki, klub stadionunun tribunalarından birinə argentinalı ulduzun adı verilib. Klubun açıqlamasında bildirilib ki, 10 nömrəli futbolçu və komandanın kapitanı Lionel Messinin adını daşıyan tribunanın açılması böyük qürur hissi yaradır.
Bununla da Lionel Messi öz stadionunda mütəmadi oynayıb adına tribuna verilən ilk idmançı kimi tarixə düşüb.
Qeyd olunub ki, "İnter Mayami"nin stadionundakı bu tribuna 4 aprel tarixində keçiriləcək açılış oyununda azarkeşlərin istifadəsinə veriləcək.
Xatırlatma: 2023-cü ilin yayında "İnter Mayami"yə transfer olunan Lionel Messi qısa müddətdə komandanın uğurlarında böyük pay sahibi olub. O, ABŞ-da keçirdiyi 94 oyunda 83 qol və 53 assistlə klub tarixinin ən məhsuldar oyunçusuna çevrilib və ardıcıl iki dəfə mövsümün MVP-si seçilərək bu uğura imza atan ilk futbolçu olub.
© Copyright 2026, All Rights Reserved