Messi bütün milli yoldaşlarına hədiyyə alıb

Bu gecəyarısı Argentina millisi ilə Amerika Kubokunu qazanan Lionel Messi çempionluq öncəsi komanda yoldaşlarına hədiyyələr verməklə motivasiya edib.
90plus.az xəbər verir ki, Messinin hədiyyəsi Argentina millisinin forması və bayrağının rənglərinə uyğun hazırlanmış qulaqlıqlar olub.
Leonun bu jesti oyunçuların özləri və ailə üzvləri tərəfindən sosial mediada paylaşılıb
Qeyd: ABŞ-də təşkil olunan Amerika Kubokunun finalında Argentina Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək 16-cı dəfə titulu tarixinə yazdırdı.
ƏLAVƏ: L.Messi hazırda çıxış etdiyi ABŞ-nin “İnter Mayami” futbolçularına da qulaqlıq bağışlamışdı.
© Copyright 2025, All Rights Reserved