Messi: "Məşqçi olacağımı düşünürəm"

Lionel Messi məşqçi olacağını düşünmür.
90plus.az xəbər verir ki, 2023-cü ildən etibarən karyerasını ABŞ-da davam etdirən və MLS klublarından "Inter Miami"nin formasını geyinən dünyaca məşhur ulduz futbolçu Lionel Messi gələcəyi ilə bağlı vacib açıqlamalar verib.
37 yaşlı oyunçu 2026 Dünya Kubokunda iştirak edib-etməməklə bağlı hələ qərar vermədiyini, həmçinin futbol karyerasından sonra baş məşqçi olmaq fikrində olmadığını bildirib.
"MƏŞQÇİ OLMAĞI DÜŞÜNMÜRƏM"
Fabrizio Romano ilə danışan Messi bunları deyib:
"Məşqçi olmağı düşünmürəm, amma gələcəkdə nə edəcəyimdən hələ əmin deyiləm. Hazırda sadəcə futbol oynamağa, məşq etməyə və zövq almağa fokuslanmışam."
© Copyright 2025, All Rights Reserved