Messi ərəb klubuna gedəsi olmadı
Messinin Səudiyyə Ərəbistanı klubuna keçidi baş tutmayıb.
90plus.az xəbər verir ki, 38 yaşlı argentinalı hücumçu Lionel Messi MLS-də 4 aylıq fasiləni nəzərə alaraq, həmin müddət ərzində Səudiyyə Ərəbistanında çıxış etməyi düşünürdü. Məqsəd isə DÇ-2026-ya daha yaxşı hazırlaşmaq idi.
Amma Səudiyyə Ərəbistanı tərəfi ulduz futbolçunun yalnız 4 aylıq müddətə komandaya qoşulmasına razı olmayıb. Bu barədə “Mahd” akademiyasının baş meneceri Abdallah Hammad məlumat verib.
🔗 Mənbə: L’Equipe
© Copyright 2025, All Rights Reserved