Messi yerlisi ilə MLS-də birləşir

Rodriqo de Paul “İnter Mayami”yə yaxın – transfer tamamlanmaq üzrədir!
90plus.az xəbər verir ki, MLS təmsilçisi “İnter Mayami” daha bir ulduz transferinə hazırlaşır. Tanınmış jurnalist Fabrizio Romanonun məlumatına görə, ABŞ klubu Rodriqo de Paulun transferini yekunlaşdırmağa çox yaxındır.
Son 10 gün ərzində “Atletiko Madrid” ilə ilkin razılıq əldə olunub. Hazırda argentinalı yarımmüdafiəçinin özü və digər tərəflərlə detallı danışıqlar davam edir.
Mənbələrə görə, transferin yaxın günlərdə rəsmi şəkildə açıqlanması gözlənilir.
Qeyd: De Paul Argentina millisinin əsas oyunçularından biridir və son illərdə “Atletiko”nun mərkəz xəttində stabil çıxışı ilə seçilib. Onun Lionel Messi ilə eyni komandada oynamaq ehtimalı azarkeşlər arasında böyük marağa səbəb olub.
© Copyright 2025, All Rights Reserved