Messidən “Barselona”da prezident seçkiləri öncəsi səs-küylü qərar
“Barselona”da gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı sensasion iddia ortaya çıxıb.
90plus.az xəbər verir ki, argentinalı ulduz Lionel Messi klub prezidenti Xoan Laportanı dəstəkləməyəcək.
Xəbərə görə, Messi Laportanın ona verdiyi sözə baxmayaraq, müqaviləni yeniləməməsini xəyanət kimi qəbul edir. Laporta seçki öncəsi əsas vədlərindən biri kimi Messinin komandada qalacağını bildirmişdi, lakin seçildikdən sonra klubun maliyyə vəziyyətini səbəb göstərərək bu razılaşmanı həyata keçirməmişdi.
Hazırda “İnter Mayami” klubunun formasını geyinən Messi “Barselona”dan ayrılmasında əsas məsul şəxs kimi məhz Laportanı görür. 2026-cı ildə keçiriləcək prezident seçkilərində isə ulduz futbolçunun Laportanı dəstəkləməyəcəyi, əksinə, onun rəqibinə açıq dəstək göstərə biləcəyi bildirilir.
Qeyd olunur ki, 4,5 il əvvəlki seçkilərdə Messi Laportanın qalib gəlməsində mühüm rol oynamışdı. Lakin bu dəfə vəziyyət tam fərqlidir — argentinalı futbolçu Laportaya qarşı çıxacaq və “Barselona”dakı seçkilərdə tarazlığı dəyişdirə biləcək.
Mənbələrə görə, Messi hər hansı namizədə şərtsiz dəstək verməyəcək. Onun qərarı, Laportanın qarşısına çıxacaq namizədin kimliyindən asılı olacaq.
Futbol ictimaiyyəti hesab edir ki, Messinin bu addımı “Barselona”dakı prezident yarışına böyük təsir göstərə və klub daxilində ciddi dəyişikliklərə yol aça bilər.
© Copyright 2025, All Rights Reserved