Messidən hakimə "rüşvət"

Messi forması sayəsində sarı kartdan yaxa qurtara bildi.
90plus.az xəbər verir ki, sabiq hakim Karlos Çandiya Messi ilə bir hekayəsini yerli mətbuata danışıb:
"2007 Kopa Amerika yarımfinal matçında sarı kartı olan Messi mərkəzdə topu əli ilə önünə atdı. Ona yaxınlaşdım və 'bu sarı kartdır, amma bu sənə formana başa gələcək' dedim.
Matçdan sonra formanı mənə versən, sənə ikinci sarı kartı göstərməyəcəyəm' dedim və qarşılaşmadan sonra soyunma otağında formasını aldım."
Qeyd: Həmin il Kopa Amerikanı finalda Argentinanı 3-0 hesabı ilə məğlub edən Braziliya qazanmışdı.
© Copyright 2025, All Rights Reserved