Messidən kobud səhv - Panenkasını qapıçı tutdu

90plus.az xəbər verir ki, MLS-də maraqlı qarşılaşmalardan biri "Şarlot" ilə "İnter Mayami" arasında baş tutub. "Qalatasaray"ın sabiq ulduzu Vilfrid Zahanın formasını geyindiyi "Şarlot", Lionel Messi və digər ulduz futbolçulara sahib olan "İnter Mayami"ni 3:0 hesabı ilə məğlub edib.
Oyunun ən çox diqqət çəkən anı isə 30-cu dəqiqədə yaşanıb. Qarşılaşmada hesab 0:0 olarkən penalti zərbəsi üçün topun arxasına keçən Lionel Messi panenka üsulu ilə qapını yoxlamaq istəyib. Lakin ev sahibi komandanın qapıçısı Kristiyan Kahlina təcrübəli futbolçunun niyyətini düzgün oxuyaraq eyni küncü seçib və zərbəni asanlıqla dəf edib.
Bu uğursuzluqdan sonra "İnter Mayami" oyun boyunca toparlana bilməyib. "Şarlot" isə ardıcıl hücumlarla rəqib qapısından 3 cavabsız top keçirərək möhtəşəm bir qələbəyə imza atıb.
© Copyright 2025, All Rights Reserved