Messidən maraqlı etiraf: “Yoldaşım evdə buna icazə vermir”
“İnter Mayami”nin formasını geyinən Lionel Messi şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Argentinalı ulduz LUZU TV-nin “YouTube” kanalına müsahibəsində ailə həyatına dair indiyədək paylaşmadığı detalları açıqlayıb.
90plus.az xəbər verir ki, Messi bildirib ki, həyat yoldaşı Antonela evdə özü və uşaqlar üçün xüsusi bir qadağa qoyub. Ulduz futbolçu bu barədə zarafatla danışaraq maraqlı etiraf edib:
“Antonela evdə oğlanlarımla top oynamağıma icazə vermir. Həyatın paradoksudur, elə deyilmi? Futboldan pul qazanıram, amma evdə top oynaya bilmirəm.”
Messinin sözlərinə görə, bu qadağanın səbəbi olduqca sadə və məntiqlidir. Evdə çoxlu sayda bahalı əşyalar və mebellər var və onların zədələnmə riski yüksəkdir.
37 yaşlı futbolçu futbolu hələ də böyük həvəslə oynamasının və rəqabətədavamlı qalmasının əsas səbəbi kimi ailəsini və gündəlik həyatını nizamlayan bu cür kiçik qaydaları göstərib.
© Copyright 2026, All Rights Reserved