Messidən müsəlman icmalarına təxminən 2 milyon avro ianə
Lionel Messi Mayamidəki müsəlman icmalarına 1,5 milyon funt yardım etdi.
90plus.az xəbər verir ki, futbol ulduzu Lionel Messi Ramazan bayramı münasibətilə Mayamidəki müsəlman icmalarına 1,5 milyon funt-sterlinq dəyərində ianə edib.
Bu, GOAT-dan gözəl və nümunəvi bir jest kimi qiymətləndirilir. Messinin bu addımı insanlara bir-birinə hörmət, mərhəmət və birlik mesajı verir — həm meydanda, həm də meydandan kənarda.
Futbolun insanların qəlblərini, mədəniyyətləri və dinləri birləşdirə biləcəyini göstərən bu addım sosial mediada böyük rezonans doğurub. Messinin təşəbbüsü, bayramı qeyd edən hər kəsə xoş arzularla müşayiət olunur.
© Copyright 2026, All Rights Reserved