Messinin 2026-cı ildəki ünvanı bəlli oldu

Dünya futbolunun ən böyük ulduzlarından Lionel Messi karyerasını ABŞ-da davam etdirəcək.
90plus.az xəbər verir ki, 38 yaşlı hücumçu hazırda çıxış etdiyi “İnter Mayami” ilə müqaviləsini uzatmaq qərarına gəlib.
Mövcud müqaviləsi 2025-ci ilin sonunda başa çatan argentinalı futbolçu klubla yeni razılığa gəlib. Yeni sözləşməyə əsasən, Messi 2026-cı il dünya çempionatından sonra da ABŞ liqasında çıxış edəcək.
Messinin bu addımı futbol ictimaiyyətində böyük maraqla qarşılanıb. Ulduz futbolçunun karyerasını daha bir imza ilə davam etdirməsi həm “İnter Mayami”, həm də MLS üçün tarixi hadisə kimi dəyərləndirilir.
© Copyright 2025, All Rights Reserved