Mesut Özil siyasətə atıldı
Almaniya milli komandasının keçmiş futbolçusu Mesut Özil AK Partiyasına qoşulub.
90plus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı partiyanın açıqlamasına istinadən xəbər yayıb.
Bu qərar, partiyanın bu gün keçirilən konqresində elan edilib.
Özil həmçinin AK Partiyasının Mərkəzi Qərar və İdarə Heyətinin 75 üzvündən biri seçilib.
Xatırlatma: AK Partiyanın lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanıdır.
© Copyright 2026, All Rights Reserved