"Meydanda sənin üçün darıxacağıq" Kroosun xanımı

Toni Kroosun karyerasını başa vurmasına görə xanımı təsirli paylaşım edib.
90plus.az xəbər verir ki, Cessika Kroos sosial şəbəkə hesabında “16 il ərzində biz futbolda demək olar ki, hər şeyi yaşadıq. Çox yüksəlişlər və bəzən enişlər oldu. Birlikdə qeyd etdik, həm də dəfələrlə birlikdə ağladıq, həll yollarını tapmağa çalışdıq. Bu gün hamımız inanılmaz dərəcədə kədərlənirik, amma başımızı dik tutmalıyıq. Biz sadəcə səninlə fəxr edirik.
Mən səninlə o qədər qürur duyuram ki, bunu təsvir etmək üçün hansısa bir söz yoxdur. Sən bizim qəhrəmanımızsan, məni bu səyahətə çıxardığın və həyat yoldaşın olmağıma icazə verdiyin üçün sənə təşəkkür edirəm. Nəhayət ,bizimlə olduğun üçün çox şadıq, lakin meydanda da sənin üçün darıxacağıq.
Təəssüf ki, tribunalarda övladlarının gözlərindəki qüruru görə bilmirsən, onların bu qürurunu təsəvvür edə bilərsən. Hər şey üçün təşəkkürlər, Antonio. Sən bizim qəhrəmanımızsan və biz səni yerdən aya qədər sevirik!" - deyə qeyd edib.
© Copyright 2025, All Rights Reserved