Məhkəmə "Emiliano Sala işi" ilə bağlı qərarını verdi
Faciəvi şəkildə həyatını itirən Emiliano Sala ilə bağlı açılan təzminat işi üzrə məhkəmə qərarı açıqlanıb.
90plus.az xəbər verir ki, Fransa məhkəməsi İngiltərənin "Kardiff Siti" klubunun tələb etdiyi 104 milyon funt-sterlinq məbləğində təzminat iddiasını rədd edib. Qərara əsasən, klubun futbolçunun komandaya qatılacağı halda Premyer Liqada qalacağı və maliyyə qazancı əldə edəcəyi ilə bağlı arqumentləri qəbul olunmayıb.
Eyni zamanda məhkəmə Fransanın "Nant" klubunun xeyrinə qərar verib. Bildirilib ki, "Kardiff Siti" qarşı tərəfin çəkdiyi hüquqi xərclər və mənəvi zərərlər üçün təxminən 400 min funt-sterlinq ödəməlidir.
Xatırlatma: 28 yaşlı hücumçu "Nant"dan "Kardiff Siti"yə transfer olunduqdan qısa müddət sonra, 2019-cu ilin 21 yanvar tarixində Manş dənizi üzərində baş verən təyyarə qəzasında pilot Devid İbbotson ilə birlikdə həyatını itirmişdi.
© Copyright 2026, All Rights Reserved