Məhəmməd Salah "Qalatasaray"la oyunda zədələndi
"Liverpul"un baş məşqçisi Arne Slot Məhəmməd Salahın Çempionlar Liqasının 1/8 final mərhələsində "Qalatasaray"a qarşı keçirilən cavab matçında əvəzlənməsinin səbəbini açıqlayıb.
90plus.az xəbər verir ki, niderlandlı mütəxəssis misirli hücumçunun zədələndiyini bildirib. Təcrübəli futbolçu 74-cü dəqiqədə meydanı tərk edib.
Qeyd: Qarşılaşma "Liverpul"un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Məhəmməd Salah oyunu 1 qol və 1 məhsuldar ötürmə ilə başa vurub.
© Copyright 2026, All Rights Reserved