Məhəmməd Salahın yeni adresi bəlli oldu
"Liverpul"dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını ABŞ-də davam etdirə bilər.
90plus.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi "İnter Mayami" misirli vingerin transferində maraqlıdır.
Məlumata görə, MLS təmsilçisi 33 yaşlı futbolçu ilə yaxın vaxtlarda danışıqlara başlamağı planlaşdırır.
Qeyd: Məhəmməd Salah cari mövsümdə "Liverpul"un heyətində 34 rəsmi matçda iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved