Mikel Arteta çempionluğa iki maneəni söylədi

”Arsenal”ın nə üçün Premyer Liqa çempionu ola bilmədiyi barədə baş məşqçi Mikel Arteta danışıb.
90plus.az xəbər verir ki, 43 yaşlı ispan mütəxəssis iki əsas maneəyə diqqət çəkib:
Mikel Arteta: “Əminliklə deyə bilərəm ki, gördüyümüz qırmızı vərəqələr və yaşadığımız zədələr əsas səbəblərdir. Hətta soruşsanız ki, xal fərqi daha yaxın ola bilərdimi — tərəddüdsüz bəli, deyə bilərəm”.
Qeyd: İPL-də çempion "Liverpul" olub. İlk 3 yer:
1. Liverpul - 83 xal;
2. Arsenal - 71 xal;
3. Man Siti - 68 xal.
Ehtiyatda 1 tur qalıb.
© Copyright 2025, All Rights Reserved