Mikel Arteta cibgirlərə tapşırıq verdi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın sayıqlığını maraqlı üsulla yoxlayıb.
90plus.az xəbər verir ki, o, şam yeməyinə peşəkar cibgirləri dəvət edib.
Artera cibgirlərə futbolçuların telefon və pul kisəsini gizlicə götürməyi tapşırıb. Şam yeməyinin sonunda isə baş məşqçi hamıdan ciblərini yoxlamağı xahiş edib. Bir ne idmançı qiymətli əşyaların itdiyini aşkar edib.
Beləliklə, məşqçi istənilən vəziyyətdə diqqətli və sayıq olmağın vacibliyini vurğulayıb.
Mənbə: RMC Sport The Athletic
© Copyright 2025, All Rights Reserved