Mikel Arteta: “Ç/L-də bizdən yaxşısı yox idi”

PSJ qarşısında 1-2 (ümumi: 1-3) hesabı ilə məğlub olaraq Çempionlar Liqasının finalından məhrum olan "Arsenal"ın baş məşqçisi Mikel Arteta oyundan sonra mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, ondan Parisdəki oyun, əldən verilmiş fürsətlər, komandadakı emosiya və oyunçularının necə reaksiya verməsi barədə soruşublar.
"Çempionlar Liqasında indiyə qədər bizdən daha yaxşı bir komanda olduğunu düşünmürəm.
Avropanın ən yaxşı komandalarından biri olmaq mənə çox qürur verir, amma eyni zamanda çox əsəbləşirəm, o qədər əsəbləşirəm ki, bunu bacarmadıq".
Arteta həmçinin PSJ-nin qapıçısı Canluici Donnarummanın həlledici seyvləri ilə hər iki oyunun ən yaxşı oyunçusu olduğuna diqqət çəkib: "O, onlar üçün oyunu qazandı. Biz bilirik ki, yarışda qalib gəlmək üçün iki tərəfdən birində olan kimsə xüsusi bir iş görməlidir, sizin üçün qalib gəlsin və bunu reallaşdırsın."
"Bu heyətlə 2 il əvvəl, heç kim bizim Çempionlar Liqasına vəsiqə qazana biləcəyimizə inanmırdı...
Bu gün isə futbolçularımı kubok qazanmadığı üçün göz yaşları içində görürəm".
© Copyright 2025, All Rights Reserved