Mikel Arteta heç-heçəni şərh etdi
Arteta: “Toparlanmaq üçün bir gün az vaxtımız var idi” – “Çelsi” ilə oyundan sonra açıqlama gəldi.
90plus.az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın son turunda “Çelsi” ilə səfərdə qeydə alınan 1–1 hesablı bərabərliyi dəyərləndirib. Məşqçi oyun öncəsi hazırlıq müddətinin kifayət qədər olmadığına işarə edib.
Fabrizio Romano-nun yaydığı açıqlamaya görə, Arteta bunları deyib:
“‘Çelsi’ ilə müqayisədə bu oyun üçün toparlanmağımız üçün bir gün daha az vaxtımız var idi… amma proqram belədir. Buna uyğunlaşmalı və mübarizə aparmalıyıq”.
Londonda baş tutan qarşılaşmada tərəflər hərəyə bir xal əldə edərək meydanı tərk ediblər. “Arsenal” bu nəticə ilə zirvə yarışında xal itkisinə baxmayaraq, iddiasını davam etdirir.
© Copyright 2025, All Rights Reserved