Mikel Arteta püşk barədə: “Çox həyəcanlıyıq”
“Arsenal” Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibini müəyyənləşdirib. Baş məşqçi püşk haqda danışıb.
90plus.az xəbər verir ki, London klubu bu mərhələdə Almaniyanın “Bayer Leverkuzen” komandası ilə qarşılaşacaq və bu cütlük qalibi 1/4 finala yüksəlmək imkanı əldə edəcək. “Topçular” növbəti mərhələyə adlayacağı halda isə ya Norveçin “Bodo Qlimt”, ya da Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gələ bilər.
Püşkatmanı dəyərləndirən baş məşqçi Mikel Arteta bunları deyib:
“Bəli, növbəti mərhələdə oynayacağımız üçün çox həyəcanlıyıq. Qrup mərhələsində gördüyümüz işlə güclü mövqe qazanmışıq və buna layiq olmuşuq.
İndi isə onları analiz etməyə başlamalı və iki oyunun yekununda mərhələni keçmək üçün onlardan daha yaxşı olmağın yollarını tapmalıyıq.”
Qeyd: 1/8 final mərhələsinin oyunları martın 11 və 18-də (ev-səfər formatında) baş tutacaq!
© Copyright 2026, All Rights Reserved