Mikel Artetaya qızışdırıcı sual

Mikel Arteta ötən gün “Arsenal”ın “Mançester Siti” ilə 1:1 hesablı heç-heçəsində fasilədə iki dəyişiklik etmişdi. Oyundan sonra “topçular”ın baş məşqçisinə bu əvəzetmələrin start heyətini düzgün seçmədiyini etiraf etmək olub-olmadığı barədə sual verilib.
90plus.az xəbər verir ki, Arteta suala belə cavab verib:
“Bunu demək çox asandır. Məncə, meydanda nə etmək istədiyimiz çox aydın idi və oyuna da çox yaxşı başladıq, tamamilə dominant idik.
Rəqib qol vurduqdan sonra – ki, ondan öncə heç nə etməmişdilər – 5-7 dəqiqəlik bir çaşqınlıq yaşadıq. Amma sonra oyuna yenidən nəzarəti ələ aldıq və üstünlüyü davam etdirdik.
İkinci hissədə də bunun davamını gətirdik – əvvəlcə bir, sonra isə iki-üç fərqli oyunçu ilə.”
© Copyright 2025, All Rights Reserved