“Milan” A Seriyasında lider oldu
“Milan” 2026-cı ilə qələbə ilə start verdi və səfərdə “Kalyari”ni məğlub edərək turnir cədvəlində əsas rəqibi “İnter”i geridə qoyub A Seriyasının lideri oldu.
90plus.az xəbər verir ki, zədədən qayıdan Rafael Leao “Milan”ın 1:0 hesablı qələbəsində oyunun taleyini həll edən futbolçuya çevrildi. Portuqaliyalı vingerin 50-ci dəqiqədə vurduğu qol “rossoneri”ni A Seriyasının zirvəsinə yüksəltdi. Bununla belə, “İnter” bazar günü “Bolonya”nı qəbul edərkən liderliyi geri ala bilər:
Kalyari 0 - 1 Milan
R. Leao 50'
“Milan” 2025/26 mövsümündə Avropanın beş böyük liqasında səfərdə hələ uduzmayan cəmi üç komandadan biridir — digərləri “Real Betis” və “Bayern Münhen”dir - 5 qələbə, 3 heç-heçə!
© Copyright 2026, All Rights Reserved