“Milan” ağır məğlubiyyət aldı
“Milan”dan gözlənilməz məğlubiyyət – “Udineze” səfərdə darmadağın etdi.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 32-ci turunda “Milan” doğma meydanda “Udineze”ni qəbul edib. Qarşılaşma meydan sahibləri üçün uğursuz alınıb və onlar 0:3 hesabı ilə ağır məğlubiyyətə üzülüblər:
Milan 0 - 3 Udineze
Bartesaghi 27’ (ö.q.)
Ekkelenkamp 37’
A. Atta 71’
Qeyd: “Milan” bu oyunda qələbə qazansaydı, turnir cədvəlində 2-ci pilləyə yüksəlmək şansı əldə edəcəkdi. Lakin bu məğlubiyyət “rossoneri”nin planlarını pozub.
Hazırda “Milan” 3-cü, “Udineze” isə 10-cu pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved