"Milan" Belçikadan ingilis futbolçu transfer edir

“Milan” Belçikanın “Gent” klubunda çıxış edən Arçi Braunu transfer siyahısına salıb.
90plus.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun məlumatına əsasən, “rossoneri” yay transfer pəncərəsində müdafiə xəttinin cinahını möhkəmləndirmək məqsədilə 23 yaşlı sol cinah müdafiəçisinin transferini dəyərləndirir. Braun komandanın ilkin transfer hədəflərindən biridir.
Xatırlatma: ngiltərəli müdafiəçi ötən mövsüm “Gent”in heyətində Belçika çempionatında 32 qarşılaşmada meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved