"Milan" belçikalı müdafiəçi alır

"Milan" Koni De Vinterin transferi üçün razılığa gəldi – 20 milyon avroluq razılaşma tamamlanmaq üzrədir.
90plus.az xəbər verir ki, İtaliya nəhəngi "Milan" Belçikalı müdafiəçi Koni De Vinterin transferi üçün həm futbolçu, həm də "Cenoa" klubu ilə şifahi razılığa gəlib. Məşhur jurnalist Fabritsio Romano xəbər verir ki, transfer paketinin dəyəri təxminən 20 milyon avro təşkil edir və hazırda son detallarla bağlı işlər aparılır.
Razılaşma yekunlaşdıqdan sonra futbolçunun gələn həftənin əvvəlində Milana tibbi müayinəyə gəlməsi gözlənilir.
23 yaşlı mərkəz müdafiəçisi həm də sağ cinahda çıxış edə bilir və bu çevikliyi ilə "Milan" rəhbərliyinin diqqətini cəlb edib. O, ötən mövsüm A Seriyada "Cenoa" ilə 25 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Rossonerilər" De Vinteri Malik Tiavın əvəzləyicisi kimi görür və bu transferdə əsas rəqibi olan "İnter"i qabaqlamağı bacarıb.
© Copyright 2025, All Rights Reserved