"Milan" bu müdafiəçi üçün yenidən "Liverpul"un qapısında

90plus.az xəbər verir ki, “Milan” klubu İngiltərənin “Liverpul” komandasında çıxış edən müdafiəçi Coe Qomezi transfer etmək niyyətindən əl çəkməyib.
“Milan” yay transfer pəncərəsinin son günündə Gomez üçün 13 milyon funt-sterlinq təklif etmişdi. Lakin “Liverpul” müdafiə xəttini gücləndirmədən transferə icazə verməmişdi. Həmin vaxt “qırmızılar” “Kristal Palas”dan Mark Qehi ilə razılaşmağa çalışsa da, bu transfer baş tutmadı.
İndi “Milan” yanvar ayında yeni bir təkliflə “Liverpul”un mövqeyini yoxlamaq niyyətindədir.
© Copyright 2025, All Rights Reserved