"Milan" "Çelsi"dən hücumçu aldı

"Milan" Kristopher Nkunku ilə müqavilə imzaladı.
90plus.az xəbər verir ki, İtaliyanın A Seriyasında mübarizə aparan "Milan" klubu heyətini yeni transferlə gücləndirib. Klub rəsmi açıqlamasında İngiltərənin "Çelsi" komandasından fransalı hücumçu Kristofer Nkunkunu transfer etdiyini bəyan edib.
"Milan" və "Çelsi" arasında razılıq əsasında gerçəkləşən bu transfer nəticəsində 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Futbolçu karyerasına Fransanın PSJ klubunun akademiyasında başlayan Nkunku bu komanda ilə 3-ü Fransa Liqası olmaqla ümumilikdə 9 titul qazanıb. Daha sonra Almaniyanın "Leypsiq" klubuna keçən hücumçu burada iki dəfə Almaniya Kubokunun qalibi olub.
2023-cü ilin yayında "Çelsi"yə transfer olunan Nkunku London təmsilçisi ilə FIFA Klublararası Dünya Çempionatı və UEFA Konfrans Liqasında da qələbə sevinci yaşayıb.
Yeni mövsümdə "Milan" formasını geyinəcək olan Nkunku 18 nömrəli forma ilə çıxış edəcək.
© Copyright 2025, All Rights Reserved