“Milan” çempionluq yolunda xal itirdi
Çempionluq mübarizəsi aparan “Milan” A Seriyasında autsayderlər sırasında yer alan “Fiorentina” ilə səfər oyununda vacib xal itkisi ilə üzləşib.
90plus.az xəbər verir ki, Kristofor Nkunkunun qolu “rossoneri”yə 1 xal qazandırıb.
A Seriyasının 20-ci turu çərçivəsində “Milan” “Fiorentina”nın qonağı olub. “Artemio Franki” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.
Matçın 66-cı dəqiqəsində meydan sahibləri Komuzzonun qolu ilə hesabı açıblar. “Milan”da 74-cü dəqiqədə oyuna daxil olan Nkunku, 90-cı dəqiqədə fərqlənərək hesabı 1:1-ə çatdırıb və komandasını məğlubiyyətdən xilas edib.
Bu nəticədən sonra “Milan” xallarının sayını 40-a yüksəldib. “Fiorentina” isə 14 xalla turnir cədvəlinin aşağı pillələrində qalmaqda davam edir.
Matçdakı qollara bu cümləyə klikləyərək keçid edə bilərsiniz
© Copyright 2026, All Rights Reserved